Ru
14:16 / 20 May 2019

Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

1352
Mədəniyyət naziri Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirib.


 

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılma aparılacaq: ""Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən "google maps”da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”. (report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər