Ru
18:02 / 15 Sentyabr 2020

Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi - FOTOLAR

6274
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birgə Şirvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib.

"BakuPost" xəbər verir ki, onlar həssas əhali qruplarından olan Samirə Abbasovanın, Gülnarə Xəlilovanın, Əvəza Ağayevin və Şəlalə Rzayevanın proqram çərçivəsində verilmiş mal və materiallar
hesabına yaratdıqları müəssisələrin (qadın gözəllik salonu, dərzi sexi, avtoyağlama, un məmulatları istehsalı müəssisəsi) fəaliyyəti ilə tanış olublar.

S.Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bu il özünüməşğulluq proqramı daha da genişləndirilir. Cari ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması və
biznes planları müsbət dəyərləndirilənlərin aktivlərlə təminatı işləri aparılır.

Nazir qeyd edib ki, Şirvan şəhərində də ötən il əsasən həssas əhali qruplarından olmaqla 182 nəfər proqrama cəlb olunub. 2020-ci ildə bu rəqəm daha çox olacaq və bu ilin ötən dövründə artıq 152 nəfər proqrama qoşulub. Onlardan artıq bir qisminə aktivlər də verilib. Bu il də proqrama cəlb edilənlərin böyük hissəsi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, müharibə veteranları, aztəminatlı, habelə əsasən çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edir.

Proqram iştirakçıları onların sahibkarlığa çıxışına və sosial rifahına göstərdiyi böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar bu kiçik müəssisələrini inkişaf etdirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Nazir yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi  - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər