Ru
17:10 / 12 Fevral 2021

Nazirin qardaşının bahalı maşın kolleksiyası - FOTO

6887
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bahalı avtomobil kolleksiyası ilə bağlı məlumat yayılıb.

bakupost.az xəbər verir ki, jurnalist Həbib Müntəzir nazir qardaşının avtomobil kolleksiyası ilə bağlı ilginc faktlar barədə "Facebook" hesabında yazıb.

Həbib Müntəzir bildirib ki, Səməd Heydərovun kolleksiyasına "Mazda 6 Red", "Toyota Tundra Black", "BMW 760li", "Lincoln MKZ", "Mercedes S500 Brabus", "Mercedes E 63 AMG", "Cadillac Escalade", "Lexsus 570", "Hyundai Genesis", "Mercedes-Benz G 55 AMG", "Porsche Panamera", "Bentley Continental GT", "Porsche Cayenne Turbo", "Toyota Hilux 2013 Tuining" kimi məşhur markalar daxildir: "Rəsmi olaraq 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777 dövlət nömrə nişanları Səməd Heydərovun adınadır. Yadınızdadırsa, zamanında baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 nömrəli “Mazda”nın sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün KİV o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi Polis İdarəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş".


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər