Ru
23:20 / 09 Oktyabr 2020

Nazirlərin görüşü niyə bitmir: içəridə nə baş verir? - Təcili

6599
Artıq 6 saatdır ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə hadisə yerindən Rossiya-24 kanalının əməkdaşı canlı yayımda deyib. O bildirib ki, görüşlə bağlı hələlik heç bir məlumat yoxdur.

“Görüşün yüksək əhvalda keçəcəyi, əsirlərin və döyüş meydanında həlak olan əsgərlərin meyitlərinin dəyişdirilməsi və digər məsələlərlə bağlı danışıqlarda razılıq olacağı gözlənilirdi. Ancaq görüşün başlanması ərəfəsində Azərbaycan lideri İlham Əliyevin xalqa müraciəti zamanı dediyi sözlər və irəli sürdüyü tələblər görüşün mahiyyətinə əhəmiyyətli dərəcədə təsir etdi. Hazırda içəridə nələr danışıldığı bəlli deyil”, - Rossiya-24 əməkdaşı bildirib.

Qeyd edək ki, Lavrov, Bayramov və Mnatsakanyan görüşü təxminən 17:00-da başlayıb və hələ də davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər