Nazirlik ixtisas artıran müəllimlərin sayını açıqladı

392
"Son illər məktəblərimizdə internetin gücləndirilməsi, internet təminatı və müasir avadanlıqla təchizatla yanaşı, İnformatika fənninin tədrisinin məznun baxımından təkminləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biridir".

 Bunu "Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində keçirilən tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu məqsədlə bir çox layihələr həyata keçirilib: "Amma müxtəlif qısa müddətli layihələr bu sahədə uğurların əldə edilməsinə kömək etmir. Bu islahatlar arasında əsas amil kadr hazırlığı məsələsidir ki, son illərdə 130 mindən çox müəllim məhz müasir məzmunlu təkmilləşdirmə və ixtisasartırmaya  cəlb olunub. Bu gün Azərbaycanın bütün məktəblərində yalnız informatika müəllimləri deyil,  ixtisasından asılı olmayaraq müəllimlərin hamısı informasiya texnologiyalardan istifadə edirlər".(apa)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər