Nazirliyin vəzifəli şəxsi barəsində CİNAYƏT İŞİ AÇILDI

710
 
Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Toğrul Cavadov barəsində cinayət işi başlanıb.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nazirliyi Xidmətinin müfəttişliyi tərəfindən Salyan rayon Mədəniyyət və Turizm Şöbəsində aparılmış yoxlamalarla müəyyən edilib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Eyni zamanda müəyyən edilib ki, şöbənin müdiri T. Cavadov tərəfindən iş həcminin şişirdilməsi hesabına artıq əmək haqqı ödənişləri edilib.

Buna görə də T. Cavadova qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə T. Cavadov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. (ONA)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər