Ru
16:49 / 18 Noyabr 2020

"Nəcməddin dövlətə xəyanət edib" - Sabiq nazir müavinindən şok ittihamlar VİDEO

5690
Azərbaycan Ordusu 27 sentyabrda başladığı əks-hücumla Şuşa şəhəri də daxil olmaqla işğaldakı ərazilərin böyük hissəsini azad etdi. Şuşadan sonra Laçın, Xankəndi, Ağdam və Kəlbəcərdə əks-hücum əməliyyatları keçirilməli idi. Lakin Ermənistanın hərbi məğlubiyyəti, üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı digər dövlət başçılarının Azərbaycan Respublikasının Prezidentinə müraciətləri nəzərə alınaraq atəşkəs elan edildi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatından sonra erməni tərəfi Laçın, Kəlbəcər və Ağdamı döyüşsüz boşaltmaq öhdəliyi götürdü və hazırda bu proses icra olunmaqdadır.

Azərbaycan Ordusunun hərbi uğurlarından danışan keçmiş nazir müavini Cümşüd Nuriyev LAF TV-yə müsahibəsində hazırda məğlub ölkə olan Ermənistanın vaxtilə Kəlbəcər rayonunu işğal etməsinə də diqqət çəkib. Sabiq deputat deyib ki, Kəlbəcər xəyanət nəticəsində işğal (1993-cü ildə) edilib. Həmin vaxt deputat istintaq komissiyasının üzvü olmuş C. Nuriyev konkret ad da çəkib. O, Kəlbəcərin işğalını həmin vaxt oradakı orduya rəhbərlik etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan general-polkovnik Nəcməddin Sadıkovun və daha bir neçə məsul şəxsin xəyanəti ilə əlaqələndirir.

"BakuPost" C. Nuriyevin LAF TV-yə müsahibəsindən həmin hissəni təqdim edir:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər