Ru
23:44 / 07 May 2021

Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur?

2965
"Bunun çoxlu səbəblər ola bilər. Məncə, ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır".

Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyinatının gecikmə səbəbi barədə Moderator.az-ın sualını cavablandırarkən deyib.

Millət vəkili qeyd edib ki, ikinci səbəb Prezidentin həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını müşahidə etmək istəyi ola bilər:

“O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.

Orduda islahatlara gəlincə isə, Q.Həsənquliyev bildirib ki, ilk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir:

“Müdafiə naziri mülki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir”.

Qeyd edək ki, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 44 günlük müharibənin gedişində vəzifəsindən azad edilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər