Ru
17:34 / 19 Yanvar 2020

Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi: "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO

4375
61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçicilərlə növbəti görüşünü keçirib.

"BakuPost" xəbər verir ki, Xalq şairinin növbəti görüşü bu gün 11:30-da rayonun Qırmızıkənd kəndində baş tutub. 200-dən çox sakinin qatıldığı və olduqca izdihamlı keçən görüşdə kənd ziyalıları, ağsaqqallar çıxış ediblər, Sabir Rüstəmxanlıya məhz Neftçalanı seçdiyinə görə təşəkkür edib, uğurlar arzulayıblar.


Problemlərdən danışan sakinlər bildiriblər ki, əsas çətinlik məktəblə bağlıdır. Belə ki, sovet vaxtı tikilən məktəbin təmiri və ya yenisinin tikilməsi həyata keçirilməyib.

Həmçinin sakinlər su probleminə toxunublar, bildiriblər ki, kənd camaatı hələ də kanal suyundan istifadə edir.

Sakinlər Sabir Rüstəmxanlıdan bu problemlərin ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

Çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni və ölkəmizin müstəqilliyinə səs verən tarixi şəxsiyyətlərimizdən biri olmasını xatırladaraq, onunla fəxr etdiklərini qeyd ediblər.

Sabir Rüstəmxanlı çıxışında bildirib ki, Neftçala onun üçün xüsusi önəm daşıyır. Bu torpağın yetirməsi olan Xəlil Rza Ulutürklə dostluğunu xatırladan Sabir Rüstəmxanlı onunla bağlı xatirələrini danışıb, Qırmızıkənddən çıxan böyük ziyalılardan Əjdər Ağayev və Tofiq Abdinin adını çəkərək, onlarla birgə gördükləri işləri yada salıb.

Sakinlər Sabir Rüstəmxanlının alternativi olmadığını, birmənalı olaraq ona səs verəcəklərini xüsusi qeyd ediblər.

Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Nefçaladan Sabir Rüstəmxanlıya böyük sevgi:  "Bizim üçün alternativiniz yoxdu" - FOTOLAR - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər