Ru
12:53 / 07 Oktyabr 2019

Neft şirkətinin avtobus qəzaya uğradı - Ölən və yaralanan var

2519
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda neft şirkətinin işçilərini aparan avtobus aşıb.

BakuPost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Abadan rayonunun təcili yardım idarəsinin rəhbəri Əmin Mənsur deyib.

Ə.Mənsurun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Abadan-Mahşəhr youlnda baş verib.

İdarə rəhbəri əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Abadan Neftayırma şirkətinin işçiləri Mahşəhr ixracat limanına iş yerinə gedirmişlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər