Ru
22:12 / 10 Sentyabr 2019

Neftçalada ildırım vuranlardan biri öldü - YENİLƏNİB

6291

Neftçala rayonunda ildırım vuranlardan biri dünyasını dəyişib.


BakuPost-un
məlumatına görə, vəziyyəti ağır olduğundan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Vaqif Azər oğlu Gərayev xəstəxanada keçinib.

V.Gərayev əslən Şamaxı rayonundandır.


* *


Bu gün günorta saatlarında Neftçala rayonunun Tatarməhlə kəndinin çöllük ərazisində qoyun otaran 2 nəfəri ildırım vurub.


BakuPost.az
virtual.orq-a istinadən xəbər verir ki, Şamaxı rayonundan Neftçalaya köç edərək heyvandarlıqla məşğul olan 28 yaşlı Vaqif Azər oğlu Gərayevi və 29 yaşlı Tural Təvəkgül oğlu Abdullayevi ildırım vurub.

Hadisə nəticəsində xəsarət alan hər iki şəxs Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra vəziyyəti normallaşan Tural Abdullayev ambulator müalicəyə buraxılsa da, xəstəxanaya qəbul edilən zaman vəziyyəti ağır olan Vaqif Gərayev reanimasiya şöbəsinə yerləşdirilib.


Hazırda V.Gərayevin də vəziyyətinin yaxşılaşdığı deyilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər