Neftçalada ağır qəza

500
Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BakuPost-un"Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Mirqurbanlı kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, "Mercedes" markalı avtomobillə "Prado" markalı avtomobil toqquşub. Nəticədə rayonun Xanqışlağı kənd sakini, 1986-cı il təvəllüdlü Ağalarov Miraslan Mirkərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər