Ru
18:52 / 13 Sentyabr 2020

"Neftçi-2"yə yeni məşqçi təyin edildi

3469
"Neftçi-2”nin məşqçilər korpusuna yeni təyinat olub.

“BakuPost” xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub.

O, 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər