Ru
20:56 / 19 Sentyabr 2021

"Neftçi" "Keşlə"ni məyus etdi

1657

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.




Bakupost.az xəbər verir ki, ikinci oyun günündə son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər