21:48 / 02 Oktyabr 2021

"Neftçi" liderliyə yüksəldi

680
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Bakupost.az xəbər verir ki, günün ikinci matçında son çempion "Neftçi" "Səbail"in qonağı olub.

Qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində Yusuf Laval 26-cı dəqiqədə hesabı açıb. Qonaqların yeni transferi Tiaqo Bezerra 45+1-ci dəqiqədə fərqi iki topa çatdırıb. Braziliyalı hücumçu 78-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb. 90+5-ci dəqiqədə Nikolas Raysel meydan sahiblərinin təsəlli qolunu vurub.

Qələbə sayəsində xallarının sayını 13-ə çatdıran "Neftçi" birinci pilləyə yüksəlib. Bir oyun az keçirən "Qəbələ" və "Qarabağ" 11 xalla 2-3-cü yerləri bölüşdürür. "Səbail" isə 6 xalla 5-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Keşlə" evdə "Sabah"ı 2:0 hesabı ilə üstələyib. İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı məğlub edib - 1:0. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər