Ru
20:18 / 09 Noyabr 2019

“Neftçi” məğlub olaraq 2-ci pilləni əlindən verdi

2143
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki turun ilk günündə iki matç keçirilib.

Qəbələdə eyniadlı komanda “Səbail”i qəbul edib. Hər biri 6 matçdır qalib gəlməyən rəqiblərin duelində meydan sahibləri güclü olub.

Rəqibini 3:0 hesabı ilə darmadağın edən “Qəbələ” mövsümdə ilk ev qələbəsini qazanıb. Davit Volkovun dubl etdiyi görüşdə digər qola Ülvi İsgəndərov imza atıb. “Səbail” isə son 7 qarşılaşmada cəmi 2 xal qazanıb.

Liderin iki ən yaxın izləyicisi “Keşlə” və “Neftçi” “ASCO Arena”da qarşılaşıblar. Matçda hesab ilk yarının sonlarında açılıb. Donald Gerye “ağ-qaralar”ın heyətində ilk qolunu vurub.

Meydan sahibləri fasilədən sonra nəinki hesabda tarazlıq yaradıb, hətta qələbə qolunu da vurub. Franko Flores və Sezar Meza Kolli qonaqları məyus edib. Nəticədə “Keşlə” 2-ci pilləni rəqibindən alıb.

Bu, “Qarabağ”a qış çempionluğunu indidən təmin etmək üçün imkan yaradıb. Ağdamlılar sabah “Zirə”yə qalib gəlsə, qış fasiləsinə üç tur qalmış ilk yarını 1-ci yerdə başa vuracaqlarını rəsmiləşdirəcək.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qarabağ” “Zirə”ni, “Sabah” “Sumqayıt”ı qəbul edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər