Ru
22:36 / 20 Sentyabr 2020

"Neftçi" "Qarabağ" üzərində qələbə qazandı

5482
Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"BakuPost" xəbər verir ki, turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. Emil Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər