Ru
00:31 / 19 Yanvar 2020

“Neftçi” Roberto Bordinlə yollarını ayırıb

9129
“Neftçi” Roberto Bordinlə müqaviləyə xitam verib.

BakuPost “Report”a istinadən xəbər verir ki, "Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib.

Qərara əsasən, baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

"Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər