Ru
09:44 / 01 İyul 2020

"Neftçi"nin cəzalandırdığı futbolçu Azərbaycandan getdi - Dabonun vidası

10784
Baqali Dabo Azərbaycanla vidalaşıb.

Bu barədə hücumçu "Instagram" hesabından məlumat yayıb. Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını deyib.

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib. Son olaraq, "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb.

"Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər