Ru
22:29 / 20 Dekabr 2019

"Neftçi"nin zəiflədiyini qətiyyən düşünmürəm" - Qurban Qurbanov

1743
"Hamımız ilk yarını ağır keçirdik. Bir az istirahətə ehtiyac var. Hərçənd biz az istirahət edəcəyik. Bir neçə günə hazırlığa başlayırıq. Futbolçulara qələbə üçün təşəkkür edirəm. Qələbəyə sevinirik, üçüncü qolu gənc oyunçumuz vurduğu üçün daha çox sevindim".


BakuPost-un
"Report"a istinadən məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis yarımfinalda qarşılaşacaqları "Sumqayıt"la görüş barədə danışmağın tez olduğunu söyləyib: "Hazırlaşmaq üçün çox vaxt var. Hər bir komanda mübarizə aparır. İstənilən nəticələr ola bilər. Bizim də çətinliklərimiz olur. Uduzduğumuz oyunlar da var".


Təcrübəli məşqçi "Neftçi"nin ötən il, komandasının isə bu il qış fasiləsinə birinci pillədə yollanmasına münasibət bildirib: "Neftçi"nin zəiflədiyini qətiyyən düşünmürəm. Bu dəfə xal fərqi başqa oldu. Əminəm ki, hər iki kollektiv qışdan sonra daha ciddi hazırlaşacaq".

Qurbanov oğlu Musa Qurbanlının çıxışı barədə də danışmağın tez olduğunu deyib: "Bu sadəcə rəsmi debüt idi. Gənc futbolçulara fikir bildirmək tezdir. Öz üzərilərində çox çalışmalıdırlar. Formalaşmaları üçün vaxt lazımdır. Bu gün Simeon Slavçevlə yollarımızı ayırdıq. Digər göndəriləcək oyunçular barədə nəsə deyə bilmərəm".


Mütəxəssis sabiq futbolçuları Pedro Enrike ilə danışıqların olduğunu lakin bu keçidin baş tutmadığını sözlərinə əlavə edib. Məşqçi daha sonra qapıçı mövqeyi ilə bağlı fikirlərini bölüşüb: "Bu mövqe ilə bağlı bir neçə variant var. Danışıqlar gedir. Hələ Asmir Beqoviç üçün "Bornmut" rəhbərli ilə danışıqlar olacaq. Amma görünən odur ki, asan həll olunan transferə bənzəmir".

O, son olaraq Riçard Almeydanın da klubla müqaviləsinin bitməsi barədə danışıb: "Klubu "Astana" ilə razılıq olmayıb. Danışıqlara başlamışıq".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər