Nepalda torpaq sürüşməsi - Onlarla insan itkin düşdü

  • 13 Sen 2020 17:23
  • 3080 Baxış
Nepalda torpaq sürüşməsi -  Onlarla insan itkin düşdü


Nepalda leysan yağışların səbəb olduğu torpaq sürüşməsi zamanı altı nəfər həlak olub, iyirmi altı nəfər itkin düşüb.

Nepal hökumətinin yaydığı məlumata görə, təbii hadisə paytaxtdan 120 kilometr şərqdə yerləşən üç kənddə olub.

Hazırda regionda axtarış-xilasetmə əməliyyatları davam edir. Sürüşmə ilə əlaqədar bir neçə ev dağılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, leysan yağışların səbəb olduğu qəzalar nəticəsində bu il ölkədə 351 nəfər həlak olub.



X