Ru
22:34 / 22 Fevral 2020

Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı faciəsi yad edilib - FOTOLAR

1757
Fevralın 22-də Nəriman Nərimanovun Xatirə Muzeyində Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçirilib.

BakuPost.az xəbər verir ki, tədbir N.Nərimanovun Xatirə Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Tədbirdə Bakı şəhərində yerləşən muzeylərin, Abdulla Şaiq adına Uşaq Kitabxanasının, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin əməkdaşları, tələbə və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə N.Nərimanovun Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova açıb. Sonra Ş.Ələkbərova adına Mədəniyyət Evinin direktoru Cabbar Süleymanov, A.Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə və başqaları çıxış edərək Xocalı soyqırımına dair tarixi faktları və statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Yusif Cəfərbəylinin Xocalıya həsr olunmuş muğam ifası səsləndirilib. Həmçinin “Xocalı” filmi nümayiş olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər