19:11 / 13 Oktyabr 2021

Nəşi tapılan hərbçinin kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

1645
Vətən Müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.
Nəşi tapılan hərbçinin kimliyi məlum oldu -  YENİLƏNİB - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər