Nəsiminin məzarı indi nə vəziyyətdədir? - FOTOLAR

1134
 
Xəbər berdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili "Nəsimi ili” elan edib.

Dahi şair İmadəddin Nəsimi ilə bağlı çoxlu araşdırmalar aparılıb, lakin bəzi məqamlar hələ də tədqiqat obyekti olaraq qalır.

Ədəbiyyatçılar, tarixçilər deyir ki, "Nəsimi ili”ndə Nəsiminin əsərləri ilə bağlı yeni araşdırmalar aparılacaq.

Bununla paralel olaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir.

Bu məsələ sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır.

Bəzi iddialara görə, Nəsimin məzarı dağıdılıb.

Lakin yayılan fotolardan görünür ki, məzar zədə alsa da, dağıdılmayıb.  

BakuPost xəbər verir ki, fotoları Modern.az saytı yayıb.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.

1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» adlı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır.

Nəsiminin Hələb şəhərindəki "Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik:



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər