Netanyahu ABŞ səfərini yarımçıq qoydu - Təcili İsrailə getdi

296
 
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb. 

BakuPost xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.
 
O qeyd edib ki, buna səbəb Qəzza zolağından Tel-Əviv yaxınlığına atəş açılması olub: "Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim.” - B.Netanyahu vurğulayıb.

O, açılan atəşə cavab verəcəklərini də əlavə edib. 

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 7 nəfər yaralanıb. 
 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər