Ru
14:30 / 09 Sentyabr 2019

Netanyahu "Boris"ləri qarışıq saldı

3726

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Şurasının iclasında London səfərindən danışarkən səhvə yol verib.


Netanyahu Böyük Britaniyanın Baş naziri Boris Consona “Boris Yeltsin” deyib.


“Londonda Böyük Britaniyanın Baş naziri Boris Yeltsin və ABŞ-ın Müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.


Netanyahu yanındakıların xəbərdarlığı ilə səhvini düzəldib və zarafat edib: “Dinləyib-dinləmədiyinizi yoxlamaq üçün belə dedim”.


İsrail hökumətinin rəsmi internet səhifəsində video montajlanaraq yayımlanıb və Netanyahunun səhvinə yer verilməyib.


Aznews.az xatırladır ki, Netanyahu dekabr ayında da Azərbaycan əvəzinə Əfqanıstana səfər etdiyini deyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər