Ru
12:17 / 03 May 2021

“Netflix” rəhbərinin ötən ilki maaşı - MƏBLƏĞ

1460
“Variety” jurnalı pandemiya dövründə ABŞ-ın aparıcı media şirkətləri rəhbərlərinin məvacibləri baradə araşdırmanın nəticələrini dərc edib.

Bakupost.az məqaləyə əsasən xəbər verir ki, 2020-ci il ərzində “Netflix” yayım xidmətinin başçısı Rid Hastinqin məvacibi 43.2 milyon dollar təşkil edib.

Pandemiya dövründə servisin xidmətlərinə artan tələbat onun sahiblərinə külli miqdarda gəlir qazandırıb. Təkcə onu demək kifayətdir ki, ötən il ərzində “Netflix”in abunəçilərinin sayı 37 milyon nəfər artıb.

Bununla yanaşı, şirkət 600 milyon dollar dəyərində səhm satıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər