Ru
13:25 / 09 Dekabr 2025

Nicat Quliyevin psixi problemləri olub? - Yeni iddialar var

Nicat Quliyevin psixi problemləri olub? - Yeni iddialar var
Eye

Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı Nicat Quliyevlə bağlı yeni iddialar var.

Bakupost.az xəbər verir ki, “Yeni Sabah”ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Nicat Quliyev bir neçə öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.

Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür.

Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.

Xatırladaq ki, qətl hadisəsi dünən gecə “Neftçilər” metrosu yaxınlığında evlərdən birində baş verib.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar