Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36 332 nikah və 15 480 boşanma halları qeydə alınıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.