Ru
15:19 / 13 May 2020

“Niyə Əbülfəs Qarayev istefa vermir?”

6982
“Əbülfəs Qarayevin Mədəniyyət naziri olduğu dönəmdə 2500 kitabxana bağlanıb”.

Bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb.

O, nazirin kitabxanaların bağlanmasına səbəb kimi vəsaitin olmadığını göstərdiyini deyib: “Qarayevin nazir olduğu dönəmdə yeni nəşrlərdən 1 kitab belə kitabxanalar üçün almadılar.

Çoxlu film çəkilə bilərdi, çəkilmədi. Rayon səviyyəli çoxlu sayda mədəniyyət evləri, kinoteatrlar bağlandı. Şəhərimizin teatrları iflic oldu, Gəncə, Lənkəran, Sumqayıt kimi teatrlarımız əhəmiyyətsiz bir qurum tək taleyin ümidinə buraxıldı. Nə qədər musiqi məktəbləri fəaliyyətini dayandırdı.

Bilirsiniz səbəb nə idi? Büdcə vəsaiti yoxdur deyirdi.

İndi gördünüz büdcə vəsaiti hara gedirmiş?!

Niyə Qarayev istefa vermir, şən nazir müavinləri indi nəyə gülürlər? İndi bütün güzgülər sizə baxır. Yəni yenə utanmırsınız özünüzdən? Siz necə bu xalqın qarşısına çıxacaqsınız?

Hamı Xudafərin körpüsünün təhlükə altında olmasından danışır. Minlərlə tarixi abidəmizi, mədəni dəyərlərimizi məhv edən bu insanlar ən ağır cəzaya layiq deyillərmi?!”

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər