Ru
15:44 / 23 May 2019

"Niyə mənim dalımca danışmısan?" deyib, iki nəfəri deşik-deşik etdi - DƏHŞƏTLİ TƏFƏRRÜAT

2647
 

Tanışlarını öldürməkdə ittiham edilən Firqət Əliyevin məhkəməsi yekunlaşıb. 


Bakupost.az xəbər verir ki, ittihama görə, F.Əliyev uzaq qohumu olan Teymur Sadıqovun başqa şəxslərin yanında onun barəsində 

xoşagəlməz sözlər danışdığını eşidib. F. Əliyev qardaşı Cabir Əliyevin qaynı Kamran Yaqubovun da həmin sözləri söhbət əsnasında təsdiqləyib. Bütün bunlar isə F.Əliyevə pis təsir edib.


Buna görə o, hər iki şəxsi cəzalandırmaq qərarı verib. F.Əliyev T.Sadıqovun rayonun Axtaçı kəndində yerləşən pambıqtəmizləmə zavodunda növbədən çıxıb evə qayıtdığını öyrənib. Bıçaq götürərək onun onun gəlməsini gözləyib. Teymur Sadıqovun gəldikdə isə ona yaxınlaşıb "niyə mənim arxamca danışmısan?” deyib.

F.Əliyev bıçaqla zərərçəkənə bir neçə zərbə vurub. Zərbələrin gücündən yerə yıxılan T.Sadıqov Firqətdən onu öldürməməsi üçün yalvarıb. Lakin F.Əliyev bıçaqla zərbələr vurmağa davam edib.

 

Teymurun ölməsindən əmin olan Firqət onu elə küçənin ortasında qoyub, Kamran Yaqubovun işlədiyi Saatlı rayonu "Sarıcalar” Dəmiryolu Vağzalına gedib. O,  Kamran Yaqubovdan da eyni qaydada "niyə mənim arxamca danışmısan?” deyə soruşub.

Firqət başı ilə Kamranın üz nahiyəsinə zərbə vurub. Davamında isə Teymuru öldürdüyü bıçaqla Kamrana zərbələr vurub. Kamran Yaqubov aldığı zərbələrdən hadisə yerində keçinib.


Polis və prokurorluq orqanları tərəfindən Firqət Əliyev saxlanılıb.


O, ifadəsində iki şəxsi qəsdən öldürməsinə görə əməlindən peşmançılıq keçirdiyini və həmin şəxsləri xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə deyil, öz şəxsi ədavəti ilə bağlı öldürdüyünü bildirib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firqət Əliyev ömürlük azadlıqdan məhrum edilib.


Xatırladaq ki, Firqətin öldürdüyü Teymur qohumu, Kamran isə sinif yoldaşı olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər