Ru
10:52 / 07 Dekabr 2019

Nizami Paşayev 10 il sonra üçqat dünya çempionu oldu

2105
Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev üçqat dünya çempionu adını qazanıb.

BakuPost xəbər verir ki, artıq karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail olub.


Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzlənib. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Artıq bu dəyişiklik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında da əksini tapıb.

Beləliklə, Paşayev birinci pilləyə qalxıb və Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər