Ru
19:43 / 22 Sentyabr 2020

Nobelin təqdimat mərasimi onlayn baş tutacaq

1725
Nobel Komitəsi koronavirus səbəbindən Stokholmda ənənəvi Nobel mükafatı mərasiminin ləğv edilməsi ilə bağlı qərar verib.

"BakuPost" xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

“Stokholm filarmoniyasındakı ənənəvi Nobel mükafatının təqdimat mərasimi və ratuşadakı banket ləğv olunub. Canlı yayım vasitəsilə laureatlara diplom və medalların verilməsi təşkil olunacaq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Nobel mükafatının təqdimat mərasimi ənənəvi olaraq dekabrın 10-da təşkil olunurdu. Mükafatlar laureatlara İsveç kralı tərəfindən verilirdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər