Ru
23:59 / 09 Dekabr 2019

“Norman Dördlüyü” liderlərinin Ukrayna ilə bağlı görüşü başa çatıb

1441
Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

BakuPost
“Report”a istinadən xəbər verir ki, görüş təxminən iki saat 20 dəqiqə davam edib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

Qeyd olunub ki, ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb.

Lakin, bundan əvvəl Rusiya prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər