Novruz Məmmədovun istefasının sirri açılır - Polkovnikdən şok iddia

  • 10 Okt 2019 15:29
  • 32666 Baxış
Novruz Məmmədovun istefasının sirri açılır -   Polkovnikdən şok iddia
Novruz Məmmədovun qəfil Baş Nazir postundan uzaqlaşdırılmasının səbəbi ilə bağlı sensasion iddialar yayılıb.

BakuPost.az xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov özünün feysbuk hesabında yazıb ki, N. Məmmədov ölkənin Silahlı Qüvvələrinə qarşı imza atdığı bir sənədə görə vəzifəsindən kənarlaşdırılıb.

Ü. Cəfərov iddia edir ki, N. Məmmədov bir neçə nazir və güc strukturlarının rəhbərləri ilə (digərlərinin adı açıqlanmasa da, onların da vəzifədən kənarlaşdırılacağını yazır - red.) Prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə qanunsuz müdaxilə ediblər. Bundan sonra məsələ ölkənin rəhbər şəxslərindən biri vasitəsiylə Prezidentə məruzə olunub və Novruz Məmmədovdan izahat istənilib. O da vəziyyətdən çıxmaq üçün min bir bəhanə və dəlil gətirməyə çalışıb. Ancaq N. Məmmədovun Baş Nazir kimi imzaladığı 25/15-lə (Yəni 25 faiz maaşa, 15 faiz rütbəyə görə) Silahlı Qüvvələrin şəxsi heyətini bilərəkdən və ya bilməyərəkdən Ali Baş Komandandan və dövlətdən narazı salmaq kimi qiymətləndirilib. Bu səbəbdən də, N. Məmmədov Baş Nazir vəzifəsindən kənarlaşdırılıb.



Ü. Cəfərov hesab edir ki, ölkə başçısı onu təkcə vəzifədən deyil, 1 il 6 ay ərzində müharibə vəziyyətində olan ölkənin Baş Naziri kimi bircə dəfə də olsun, hər hansı hərbi hissəyə və ya birləşməyə baş çəkmədiyinə görə cəzalandırmalıdır: “Bu adam, sanki hansı vəzifənin sahibi olduğunu unutmuşdu. İtə, qurda, giləmeyvəyə, ermənilərin dostu Şiraka vaxt tapsa da, hərbi hissəyə getməyə vaxt tapmaq istəmirdi.

Deməkdən dilim qabar oldu ki, ay Novruz Məmmədov, cənab tovariş, Silahlı Qüvvələrə diqqət və vaxt ayırın. Məsələn, ərzaqpulu kimlərsə tərəfindən artıq 6 ildir mənimsənilir. Əsgərə 128 manat, zabitə 64 manat ərzaqpulu verilir. Axı, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 10-cu maddəsinin 5-ci bəndini heç kimin pozmağa ixtiyarı yoxdur.

Bildiyim qədər hörmətli Samir Şərifov maliyyə naziri kimi hər ay dövlət büdcəsindən məhz bütün hərbi qulluqçulara ərzaq üçün 128 manat ayırır. Ancaq həmin pul bəzi vicdansız və baz (yanlarında mamlı-matan saxlayan) general və rəhbər şəxslər tərəfindən mənimsənilir. Buna Baş prokuror da, Hərbi prokuror da göz yumur. Niyə?

Novruz Məmmədovu "pensioner"lər siyahısına yazmaqla doğru iş gördülər. Qoy, o da özbaşına, özündənrazı nazir Sahil Babayevin hansı hoqqalardan çıxdığının şahidi olsun.

Bunu yeni Baş nazir Əli Əsədovun da oxuması çox yaxşı olardı".



  • Pirzadə
    Üzeyir müəllim ALLAH köməyin olsun.
  • Rəfail.Bütün nazirləri,idarə və təşkilatları cənab Prezidentimiz öz nəzarəti altında köklü yoxlatdır
    Rəfail.Bütün nazirlər,idarə və təşkilatları cənab Prezidentimiz öz nəzarəti altında köklü yoxlatdırmalıdır.İndiyə qədər işlədiyim Aztelekom MMC-də bir qəpik belə rüşvət almamışam.Təmiz insanlara müraciyət edirəm.Gəlin Prezidentimizə bu sahədə köməklik edək.Xoş arzularla:Sabirabad Ulacalı Rəfail Ağayev.
  • raul mahmud
    cox sag ol Uzeyir muellim .ki bu olanlar brede xalqi melumatlandirdin. Artiq herbiciler memurlarin tam yadindan cixib.onlara pul getiren esya kimi baxirlar
  • vidadi
    bu adam bash nazir oian kimi idari ve teshkilatlara teniki shert verilmesi ucun 1 kv ishiq enerjisi ucun 160 manat odenilmesi ucun qerar verdi. yoxlanilsa pis olmaz.
  • Rustem
    Bunlarin basi rusvete qarisib aileleride yadindan cixib