22:22 / 14 Oktyabr 2021

Novxanıda istirahət mərkəzində yanğın olub

591
Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin yerləşdiyi ümumi sahəsi 500 m² olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə Bakupost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər