17:01 / 11 Oktyabr 2021

Novxanıda polislə müsavatçılar arasında qarşıdurma – FOTO

1978

Bu gün Müsavat Partiyasının yaradılmasının 110 ili tamam olmasıyla əlaqədar partiya rəhbərliyi və bir qrup üzvü Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət ediblər.

Bakupost.az xəbər verir ki, ərazi üzrə çalışan polislər pandemiya ilə əlaqədar partiya üzvlərininın bir yerdə ziyarət hərəkət etməsinə mane olmağa çalışıb, yolu bağlayıbılar. Bu zaman siyasətçilərlə polislər arasında mübahisə yaranıb.

Mübahisədən sonra müsavatçılar 10 nəfərlik qruplarla Rəsulzadənin heykəlini ziyarət ediblər.

Ziyarət zamanı Müsavat başqanının müavini Səxavət Soltanlı saxlanılıb və “karantin rejiminin qaydalarını pozduğuna görə” 100 manat cərimə edilib.

E. Mirzəyev
Baku Post
Novxanıda polislə müsavatçılar arasında qarşıdurma – FOTO
Novxanıda polislə müsavatçılar arasında qarşıdurma – FOTO
Novxanıda polislə müsavatçılar arasında qarşıdurma – FOTO
Novxanıda polislə müsavatçılar arasında qarşıdurma – FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər