Ru
15:29 / 13 Noyabr 2019

Nuşirəvan Məhərrəmli Prezidentə müraciət etdi

2280
Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

BakuPost xəbər verir ki, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.


Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: “Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümumrespublika yayımçısı var idi, indi isə 12 ümumrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər