17:14 / 13 Noyabr 2021

O qumbara rusa atılsa, erməninin ağzını cırardılar - Aqil Abbas

2564
Xəbər verdiyimiz kimi, erməni təxribatçıları Şuşada 3 Azərbaycan əsgərinin xəsarət alması ilə nəticələnən insident törədib. Norayr Mirzoyan adlı erməni Azərbaycan əsgərlərinə tərəf qumbara atıb.

Bakupost.az -ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas mətbuata verdiyi açıqlamada bildirib ki, əsgərimizin əlində avtomat var, onu güllələməli idilər:

“Yazırlar ki, erməni terrorçu Azərbaycan və rus postlarına qumbara atıb. Xeyr, atdığı post rus yox, Azərbaycan postudur. Rusa atsa, ağzını cırıq-cırıq edərlər onun”.

Aqqil Abbas təxribatçının gələcək aqibəti ilə bağlı da fikirlər səsləndirib:

"Yəqin ki, rus sülhməramlıları Xocalıda onun da heykəlini qoyarlar. Heç nə, buraxacaqlar, çıxıb gedəcək. Həmin adam rəsmi surətdə rus sülhməramlılarından tələb olunmalıdır. Təhvil verilməlidir Azərbaycana, çünki hadisə bizim ərazimizdə törədilib".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər