Ru
21:14 / 04 Yanvar 2020

Oğuzda avtomobil gənc qızı vurub

1961
Oğuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini 39 yaşlı Müşfiq Əzizov idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Padar kənd sakini 16 yaşlı Qönçə Mustafayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc qız Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər