Ru
16:16 / 14 Oktyabr 2019

Ölkələr üzrə yeni kitab reytinqi – Sizin evdə neçə kitab var?

3661
Avstraliya Milli Universiteti və ABŞ-dakı Nevada Universitetinin mütəxəssisləri kitabla bağlı maraqlı araşdırma aparıblar. Onlar ölkələr üzrə ailələrin kitabxanalarında orta hesabla neçə kitabın yer aldığını müəyyənləşdiriblər.

BakuPost.az Qanun.az-a istinadla məlumat verir ki, ilk yerdə Estoniya qərarlaşıb. Hesablamalar zamanı məlum olub ki, Estoniyada hər ailə öz kitab rəfinə orta hesabla 218 kitab yerləşdirir.

İkinci yerdə 212 kitabla Norveç, üçüncü və dördüncü yerdə isə Danimarka və Çexiyadır. Bu ölkələrdə hər evdə təxminən iki yüz kitab var.

Beşinci yeri qonşu Rusiya tutur.

Alimlərin hesablamasına görə, orta hesabla bir rus ailəsinin kitabxanasında təxminən 154 adda kitab yer alır. Rusiya əhalisinin 20%-də isə bu rəqəm 300 - dən çoxdur. Elektron kitabların gündən-günə populyarlıq qazanmasına baxmayaraq, Rusiyanın şəhər sakinlərinin evlərində kitabların sayı azalmır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər