Ru
21:30 / 27 Fevral 2020

Ömrünü Azərbaycana həsr edən xeyriyyəçimiz - ASAN Radiodan yeni layihə - VİDEO

2661
ASAN Radionun dəstəyi ilə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə layihə hazırlanıb. Layihənin rəhbəri ASAN Radionun direktoru Emin Musavi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

BakuPost.az xəbər verir ki, videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə yer verilib. Böyük xeyriyyəçinin Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə nəzər yetirilib.

Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq verdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər