12:52 / 16 Noyabr 2021

“Onları çox şeydə ittiham etmək olar” - Baş bankir

925
“Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat civarındadır”.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Bununla belə, onun sözlərinə görə, həmin potensial reallaşdırılmır: “Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”, - deyə o, qeyd edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər