Ru
00:14 / 10 Aprel 2021

Onmilyonlar yeyildi, ona görə Xəzər Kürə axır - İqtisadçı

1865
Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır - artıq dəniz suyu 40 km Kür çayına doğru irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var: rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi yaşanır.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Əhali istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranlb, aqrar sektorda suvarma problemi yaranıb, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır.

Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən onmilyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi, hökumətin bacaraqsızlığı, korrupsiya Kür deltası problemini 25 ildir həll etməyə mane olur.

Kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı, hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir.

Bu çox ciddi problemdir, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir!” – ekspert bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər