Ru
15:03 / 01 Oktyabr 2020

Ordumuzun işğaldan azad etdiyi torpaqlardan ilk görüntülər - VİDEO

3726
Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib.

AzTV həmin əraziləri görüntüləyib.

Ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı aşkar olunaraq ələ keçirilib. Texnikanın içində və ərazidə Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinə məxsus sənədlər aşkar olunub.

Hazırda Azərbaycan Ordusunun işğal altında qalan torpaqların azad edilməsi istiqamətində əməliyyatları davam etdirilir.

İlkin açıqlanan məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər