Ru
21:01 / 19 Noyabr 2020

Orxan Səfərov Avropa çempionu oldu

1263
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Orxan Səfərov ilk dəfə qitənin ən güclüsü olub.

IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl medalçısı, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş Orxan Səfərov Manuel Lombardodan sonra Matey Polyak, Zebastian Zaydl (Almaniya) və Straxinya Bunçiçi (Serbiya) məğlub edib. O, finalda dünya və Avropa çempionatının mükafatçısı Tal Flikerdən (İsrail) üstün olub.

Qeyd edək ki, Orxan Səfərov 2015-ci ildə Bakıda (I Avropa Oyunları) və 2016-cı ildə Kazanda qitə çempionatının finalına çıxsa da, gümüş medalla kifayətlənmişdi.

İlk gündə digər beş cüdoçumuz ilk və ya ikinci qarşılaşmasında məğlub olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər