Ru
11:29 / 02 Mart 2021

Ötən gün 33 yanğın baş verib - STATİSTİKA - VİDEO

1054
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə “Bakupost”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 2 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər xilas edilib, 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər