Ru
11:26 / 21 Sentyabr 2019

Faciəli şəkildə ölən şəxs İTV-nin keçmiş əməkdaşı olub - FOTOLAR

9937

Ötən gün Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yanaraq həyatını itirən Fuad Musazadə İTV-nin keçmiş əməkdaşı olub.


BakuPost.az xəbər verir ki, o, 4-5 il İctimai Televiziyanın Beynəlxalq Şöbəsində çalışıb. İsmayıl Ömərov işdən çıxarılanda (2013-cü il) o da vəzifəsindən azad edilib.


İTV-dən uzaqlaşandan sonra bir müddət Murad Dadaşovla - “M Group Production”da çalışıb.


Evin yeganə övladı olub.


Xatırladaq ki, ötən gün Sumqayıt-Abşeron yolunda "Hyundai-İX35" və "Mercedes"in toqquşması nəticəsində ağır yol qəzası baş verib.



Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb.



Şərhlər
  • Humay Murad

    Allah rəhmət eləsin, nurlar içində yatsin ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər