Oğuzda canavarlar 30 baş qoyunu parçaladı

603
Oğuz rayonunda canavar sürücü 30 baş qoyunu parçalayıb.
 
BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Oğuzun Xocalı rayon qaçqınlarının məskunlaşdığı yaşayış məntəqəsində baş verib.
 
Hadisə rayon sakini Elçin Tağıyevə məxsus təsərrüfatda baş verib. Təsərrüfat sahibi qonşularla birlikdə nə qədər səs-küy salsalar da, canavarlardan 4-ü tövləyə soxulub və 30 baş qoyunu parçalayıb. Qoyunlardan 20-i ölüb,10-u yaralanıb.
 
Faktla əlaqədar Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerində dezinfeksiya və profilaktik tədbirlər aparıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər