Ru
13:33 / 14 Oktyabr 2019

Övladlığa götürmə prosesi asanlaşacaq – Nazir açıqladı

2050
Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək.

BakuPost xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə əsasən, hazırda övladlığa götürmə ilə bağlı aktiv işlər aparılır:
“Burada fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək. Eyni zamanda aidiyyəti qanunverici dəyişikliklər də, Milli Məclisə təqdim olunacaq. Yaxın günlərdə həmin dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənilir. Bütün bu hazırlıq işləri bitdikdən sonra noyabrın 1-dən övladlığa götürmə üçün müraciətlər həm DOST mərkəzində, həm də elektron platforma üzərindən qəbul ediləcəkdir”.

Nazir bildirib ki, ümumiyyətlə, övladlığa götürmə prosedurları beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq tam şəkildə yenidən qurulub:
“Artıq övladlığa verilmə üçün qiymətləndirmə çox qısa müddətdə aparılmayacaq, bu, 6 aya qədər davam edən prosedur olacaq. Növbəti proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkili, ünsiyyətlərinə nəzarət edilməsi, uşağın əvvəlcə qısa müddətə, daha sonra daimi şəkildə ailəyə verilməsidir. Burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır.

Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailənin seçilməsidir. O ailənin həm maddi, həm də sosial baxımdan övladı yetişdirə bilmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".

Afaq Rza
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər